GƏLƏCƏYƏ HAZIR OL!
8 dekabr 2021, Azərbaycan Karyera İnkişaf Forumu çərçivəsində keçirilən konfransın canlı yayımının video yazısı.
1
Konfrans
5
Vorkşop
13
Yerli və beynəlxalq spiker
300
İştirakçı
13
Mövzu
1
Gün
8
Dekabr 2021
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan Azərbaycan Karyera İnkişaf Forumu ümumilikdə 1 konfrans və 5 vorkşopdan ibarətdir. Azərbaycan Karyera İnkişaf Forumu dəyişən əmək bazarı barədə agahlıq yaratmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq məqsədilə təşkil edilir.
Niyə bu aktualdır?
Postpandemiya dövründə əmək bazarı
2020-ci ilin ilk rübündə qlobal pandemiya şəraiti həyatın hər bir aspektində, xüsusilə də insanların iş həyatında durğunluğa səbəb olmuşdu. Bu durğunluq özü ilə ənənəvi iş rejimində radikal dəyişikliklərin baş verməsinə gətirib çıxardı. Hansı ki, həmin yeniliklərin artıq əmək bazarının gələcəyini formalaşdıracağı faktı danılmazdır. Bu baxımdan, həm pandemiya zamanı, həm də postpandemiya dövründə hansı bilik və bacarıqlara yiyələnməli olduğumuz, əmək bazarının bundan sonrakı vəziyyəti haqqında məlumatlılıq mütləqdir.
Beynəlxalq təcrübələrdən yararlanmaq
Qlobal təcrübəyə nəzər yetirsək, işsizlik probleminin həllində beynəlxalq və yerli qurumların, dövlət və qeyri-dövlət sektorunun inteqrasiyasının daha uğurlu nəticələr əldə etdiyinin şahidi olarıq. Bugünkü dövrdə də həmin uğurlu əməkdaşlıq modellərinin tətbiqi və inkişafı davam etdirilməlidir. Məhz buna görə də ölkədaxili qurumlar arasında əməkdaşlıq modellərinin yaranması işsizlik hallarının azaldılması üçün zəruridir.
Texnologiyanın sürətli inkişafı
Texnologiyanın sürətli inkişafı demək olar ki, heç bir peşə sahəsindən təsirsiz ötüşmür. Bu gün belə innovasiyalarla ayaqlaşa bilməyən şirkətlərin, personalın rəqabətə davam gətirə bilməməsi hamımıza bəllidir. Elm və texnikanın sürətli inkişafı əmək bazarında çalışanlardan yüksək effektivlik, yumşaq və texniki bacarıqlar tələb edir. Mövcud biliklərdən daha çox ömür boyu öyrənmənin günümüzdə əhəmiyyəti daha böyükdür. Məhz buna görə çalışanlar daima öz üzərində işləməli, bilik, bacarıq və səriştələrini inkişaf etdirməlidir.
Karyera planlaması
Karyera planlaması edilərkən ən böyük yanlış düzgün meyarlara əsaslanmadan edilən ixtisas seçimidir. Bu meyarların necə təyin edilməsi ilə bağlı yetərli məlumatın olmaması, mütəxəssis dəstəyi almamaq nəticədə səhv qərarların verilməsinə səbəb olur. Hazırda ölkə səviyyəsində problemin həlli ilə bağlı qəti addımlar atılır. Dövlətin yaratdığı imkanlardan istifadə etmək, karyera məsləhətçilərindən dəstək almaqla bu səhvin qarşısını almaq mümkündür.
Forum kimlər üçündür?
Dövlət qurumlarının nümayəndələri
Özəl sektorun nümayəndələri
Ali təhsil müəssisələrinin nümayəndələri(rəhbərlər və karyera mərkəzlərinin təmsilçiləri)
Tələbələr
Sahə üzrə ekspertlər(təlimçilər, məsləhətçilər, kouçlar, HR-lar)
Spikerlər
Aygün Kurbanova
Karyera İdarəetməsi məktəbinin təsisçisi, beynəlxalq ekspert
Coşqun Kərimov
Təlim və inkişaf mütəxəssisi, yazıçı
Gülnur İsparova
ADA universitetinin Təşkilat və İR İnkişafı Dep. rəhbəri
Xəqani Səfərov
HR Option şirkətinin direktoru
Kamil Bayramlı
DMA-nın İdarə Heyəti sədrinin köməkçisi
Könül Əliyeva
Azərsun Holdingin Kateqoriya və Marketinq direktoru
Mehriban Nəzərova
ATL Akademiyasının icraçı direktoru
Murat Koç
Çağ Universiteti, Fərdi inkişaf və strateji idarəçilik eksperti
Nərgiz Seyidzadə
Azərbaycan İnsan Resursları Assosiasiyası İB-nin həmtəsisçisi
Nigar Arpadarai
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Ruslan Mirzəliyev
DOST Agentliyinin İdarə heyətinin sədrinin müşaviri
Tal Catran
Akselerator Guru & Beynəlxalq Spiker
Tamerlan İsmayılov
Brandup şirkətinin təsisçisi
Forumun gündəliyi
Forum çərçivəsində 1 konfrans və 5 vorkşop keçiriləcəkdir. Tədbirin gündəliyi ilə aşağıda tanış ola bilərsiniz.
8
Bəs potensial bizi hara aparır? / Hobbilərin Karyeraya təsiri
Vorkşop № 1
8
Böyük şirkətlərə aparan karyera yolu / İnnovasiya və startapların karyeramıza təsiri
Vorkşop № 2
8
Bazar dəyərini necə artırmalı? / Şəbəkənin gücü
Vorkşop № 3
8
Uğura aparan karyera yolu / Dövlət və özəl sektorda təcrübə və karyera
Vorkşop № 4
8
Effektiv qərarvermə / Şəxsi brendləşmə
Vorkşop № 5
Tez-tez verilən suallar
Forumda iştirak ödənişlidir?
Neçə yaşından forumda iştirak etmək olar?
Əlaqə
Tədbirin ünvanı:
Fairmont Bakı, Alov QüllələriMehdi Hüseyn küç. 1A, Bakı, Azərbaycan
Telefon:
Elektron poçt:
Option 1 (4 banner - alt yazısız)
Option 2 (4 banner - alt yazılı)
Option 3 (5 banner - alt yazısız)
Option 4 (5 banner - alt yazılı)
Option 5 (8 banner - alt yazısız)
Option 6 (8 banner - alt yazılı) - my favorite
Created by Gravity Inc.