AzərbaycanKaryera İnkişafForumu 2021

GƏLƏCƏYƏ HAZIR OL!

8 dekabr 2021, Azərbaycan Karyera İnkişaf Forumu çərçivəsində keçirilən konfransın canlı yayımının video yazısı.

Fotoqalereya

Tədbirin xəbərləri

1

Konfrans

5

Vorkşop

13

Yerli və beynəlxalq spiker

300

İştirakçı

13

Mövzu

1

Gün

8

Dekabr 2021

Illustration

Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan Azərbaycan Karyera İnkişaf Forumu ümumilikdə 1 konfrans və 5 vorkşopdan ibarətdir. Azərbaycan Karyera İnkişaf Forumu dəyişən əmək bazarı barədə agahlıq yaratmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq məqsədilə təşkil edilir.

Niyə bu aktualdır?

Postpandemiya dövründə əmək bazarı

2020-ci ilin ilk rübündə qlobal pandemiya şəraiti həyatın hər bir aspektində, xüsusilə də insanların iş həyatında durğunluğa səbəb olmuşdu. Bu durğunluq özü ilə ənənəvi iş rejimində radikal dəyişikliklərin baş verməsinə gətirib çıxardı. Hansı ki, həmin yeniliklərin artıq əmək bazarının gələcəyini formalaşdıracağı faktı danılmazdır. Bu baxımdan, həm pandemiya zamanı, həm də postpandemiya dövründə hansı bilik və bacarıqlara yiyələnməli olduğumuz, əmək bazarının bundan sonrakı vəziyyəti haqqında məlumatlılıq mütləqdir.

Beynəlxalq təcrübələrdən yararlanmaq

Qlobal təcrübəyə nəzər yetirsək, işsizlik probleminin həllində beynəlxalq və yerli qurumların, dövlət və qeyri-dövlət sektorunun inteqrasiyasının daha uğurlu nəticələr əldə etdiyinin şahidi olarıq. Bugünkü dövrdə də həmin uğurlu əməkdaşlıq modellərinin tətbiqi və inkişafı davam etdirilməlidir. Məhz buna görə də ölkədaxili qurumlar arasında əməkdaşlıq modellərinin yaranması işsizlik hallarının azaldılması üçün zəruridir.

Texnologiyanın sürətli inkişafı

Texnologiyanın sürətli inkişafı demək olar ki, heç bir peşə sahəsindən təsirsiz ötüşmür. Bu gün belə innovasiyalarla ayaqlaşa bilməyən şirkətlərin, personalın rəqabətə davam gətirə bilməməsi hamımıza bəllidir. Elm və texnikanın sürətli inkişafı əmək bazarında çalışanlardan yüksək effektivlik, yumşaq və texniki bacarıqlar tələb edir. Mövcud biliklərdən daha çox ömür boyu öyrənmənin günümüzdə əhəmiyyəti daha böyükdür. Məhz buna görə çalışanlar daima öz üzərində işləməli, bilik, bacarıq və səriştələrini inkişaf etdirməlidir.

Karyera planlaması

Karyera planlaması edilərkən ən böyük yanlış düzgün meyarlara əsaslanmadan edilən ixtisas seçimidir. Bu meyarların necə təyin edilməsi ilə bağlı yetərli məlumatın olmaması, mütəxəssis dəstəyi almamaq nəticədə səhv qərarların verilməsinə səbəb olur. Hazırda ölkə səviyyəsində problemin həlli ilə bağlı qəti addımlar atılır. Dövlətin yaratdığı imkanlardan istifadə etmək, karyera məsləhətçilərindən dəstək almaqla bu səhvin qarşısını almaq mümkündür.

Forum kimlər üçündür?

Dövlət qurumlarının nümayəndələri

Özəl sektorun nümayəndələri

Ali təhsil müəssisələrinin nümayəndələri(rəhbərlər və karyera mərkəzlərinin təmsilçiləri)

Tələbələr

Artboard 21

Sahə üzrə ekspertlər(təlimçilər, məsləhətçilər, kouçlar, HR-lar)

Spikerlər

Illustration

Aygün Kurbanova

Karyera İdarəetməsi məktəbinin təsisçisi, beynəlxalq ekspert

Illustration

Coşqun Kərimov

Təlim və inkişaf mütəxəssisi, yazıçı

Illustration

Gülnur İsparova

ADA universitetinin Təşkilat və İR İnkişafı Dep. rəhbəri

Illustration

Xəqani Səfərov

HR Option şirkətinin direktoru

Illustration

Kamil Bayramlı

DMA-nın İdarə Heyəti sədrinin köməkçisi

Illustration

Könül Əliyeva

Azərsun Holdingin Kateqoriya və Marketinq direktoru

Illustration

Mehriban Nəzərova

ATL Akademiyasının icraçı direktoru

Illustration

Murat Koç

Çağ Universiteti, Fərdi inkişaf və strateji idarəçilik eksperti

Illustration

Nərgiz Seyidzadə

Azərbaycan İnsan Resursları Assosiasiyası İB-nin həmtəsisçisi

Illustration

Nigar Arpadarai

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Illustration

Ruslan Mirzəliyev

DOST Agentliyinin İdarə heyətinin sədrinin müşaviri

Illustration

Tal Catran

Akselerator Guru & Beynəlxalq Spiker

Illustration

Tamerlan İsmayılov

Brandup şirkətinin təsisçisi

Forumun gündəliyi

Forum çərçivəsində 1 konfrans və 5 vorkşop keçiriləcəkdir. Tədbirin gündəliyi ilə aşağıda tanış ola bilərsiniz.

  • 8

    dekabr

    Konfrans

    Konfrans

    "Nizami Gəncəvi I & II" otağıFairmont Bakı, Alov Qüllələri

    09:00 - 18:00

  • 8

    dekabr

    Bəs potensial bizi hara aparır? / Hobbilərin Karyeraya təsiri

    Vorkşop № 1

    "Nizami Gəncəvi III" otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 - 18:00

  • 8

    dekabr

    Böyük şirkətlərə aparan karyera yolu / İnnovasiya və startapların karyeramıza təsiri

    Vorkşop № 2

    "Üzeyir Hacıbəyov I" otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 - 18:00

  • 8

    dekabr

    Bazar dəyərini necə artırmalı? / Şəbəkənin gücü

    Vorkşop № 3

    "Üzeyir Hacıbəyov II" otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 - 18:00

  • 8

    dekabr

    Uğura aparan karyera yolu / Dövlət və özəl sektorda təcrübə və karyera

    Vorkşop № 4

    "Səttar Bəhlulzadə" otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 - 18:00

  • 8

    dekabr

    Effektiv qərarvermə / Şəxsi brendləşmə

    Vorkşop № 5

    "İmadəddin Nəsimi" otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 - 18:00

Tez-tez verilən suallar

  • Forumda iştirak ödənişlidir?

    Xeyr, iştirak tamamilə ödənişsizdir.

  • Neçə yaşından forumda iştirak etmək olar?

    Forumun əsas hədəf qrupu hazırda işləyən şəxslər, ali məktəblərin sonuncu kurs tələbələri və yeni məzunlardır.

  • Qeydiyyatdan keçmişəmsə forumda iştirak edə bilərəm, yoxsa iştirakım təsdiqlənməlidir?

    Forumda iştirakçı sayı limitli olduğundan, qeydiyyat forumunu doldurduqdan sonra seçim prosedurundan uğurla keçən şəxslərlə əlaqə saxlanılacaq.

  • Forum, konfrans və vorkşop-un fərqi nədədir?

    Tədbirin adı Azərbaycan Karyera İnkişaf Forumudur. Forum çərçivəsində 1 konfrans və 5 vorkşop keçiriləcəkdir.Konfrans tam günlük bir tədbirdir və bura hazırda əmək bazarında fəaliyyət göstərən, karyera planlaması sahəsində və ya insan kapitalı inkişafı istiqamətinə yaxın çalışan şəxslər üçün nəzərdə tutulur.Vorkşoplar isə günün ikinci yarısı, tələbə auditoriyasi üçün təşkil edilir. Əsasən sonuncu kurs tələbələri və yeni məzunların müxtəlif mövzu istiqamətlərində bacarıqlarını və agahlıqlarını artırmaq məqsədilə nəzərdə tutulub.

  • Konfrans və vorkşoplar eyni vaxtda və eyni məkanda keçiriləcək?

    Bəli. 8 dekabr 2021-ci il tarixində Fairmont Bakı, Alov Qüllələrində Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.Konfrans 9:00-dan 18:00-dək davam edəcək və "Nizami Gəncəvi I & II" otağında keçiriləcəkdir.Vorkşoplar 14:00-dan 18:00-dək digər 5 otaqda keçiriləcək.

  • Forumda neçə nəfər iştirak edəcək?

    Forumda ümumilikdə 300 nəfərin iştirakı nəzərdə tutulur. Onların 150 nəfəri konfrans iştirakçısı, 150 nəfəri vorkşop iştirakçısı olacaq.

Əlaqə

Tədbirin ünvanı:

Fairmont Bakı, Alov QüllələriMehdi Hüseyn küç. 1A, Bakı, Azərbaycan