Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə!

Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Karyera İnkişaf Forumu baş tutacaq.

“Gələcəyə hazır ol!” devizi altında keçiriləcək Forumun məqsədi karyera planlaması ilə məşğul olan peşəkarlar arasında əlaqələrin davamlılığını təmin etmək və bu sahədə olan problemlərin həlli yollarını müzakirə etməkdir.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları və gənclərin iştirakı nəzərdə tutulub.Forumda yerli və xarici spikerlərin iştirakı ilə "Karyera Mərkəzlərinin yaratdığı fürsətlər", "Peşəkar karyera mühitində yeni çağırışlar" və "İş mühitində davamlı inkişafı necə təmin etməli" adlı 3 panel müzakirə keçiriləcək.

Forumun işində iştirakçıların fəallığının təmin olunması, məhsuldarlığının artırılması məqsədilə birgə müzakirələr, işçi qruplar formatında görüşlər də nəzərdə tutulub.

Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata da başlanacaq.

Ətraflı: www.karyeraforumu.az